logo

Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb

13:21 25-06-2019 | icon 2800
Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb

FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb.

YeniAvropa xəbər verir  ki, bu barədə AFFA-dan bildirilib. Qeyd edilib ki,  o, iyunun 26-da “Burghausen” stadionunda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolni Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastian Kolteskuya kömək edəcək. Digər köməkçi hakim Senad İbrisimbeqoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaqlar.