logo

Azərbaycan kəlağayısı Polşaya ixrac olunur

19:21 24-06-2019 | icon 2639
Azərbaycan kəlağayısı Polşaya ixrac olunur

Ötən həftədən başlayaraq Azərbaycanda istehsal olunan kəlağayının Polşaya ixracına başlanılıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə Varşavada açılmış “Azərbaycan Ticarət Evi”ndən məlumaat verilib. Bildirilib ki, Ticarət Evində satışın təşkili məqsədilə cari il ərzində artıq 2 dəfə Azərbaycandan müxtəlif məhsullar Polşaya ixrac olunub. Hazırda nar şirəsi, kompot, mürəbbə və digər konservləşdirilmiş məhsullar, şərab, araq, meyvə araqları, brendi, konyak və sair spirtli içkilər “Azərbaycan Ticarət Evi”ndə polşalı alıcılara təklif olunur.

Bundan başqa, ötən həftədən etibarən milli geyim atributlarından olan kəlağayının da satışına başlanılıb.