logo

“Qarabağ” ilk transferini reallaşdırıb

13:32 24-06-2019 | icon 2940
“Qarabağ” ilk transferini reallaşdırıb

Ağdamın “Qarabağ” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

YeniAvropa klubun saytına istinadla xəbər verir ki, klub ispaniyalı hücumçu Xayme Romero Rodriges ilə üç illik müddətə müqavilə imzalayıb. Futbolçu komandada 9 nömrəli formada çıxış edəcək.

Karyerasına İspaniyanın “Albasete” klubunda başlayan 28 yaşlı futbolçu “Saraqosa”, “Real B”, İtaliyanın “Bari” və “Udineze” klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da da icarə əsasında forma geyinən futbolçu sonuncu dəfə “Kordoba” klubunda çıxış edib.

Xayme Romero Rodriges transferlə bağlı təəssüratlarını bölüşərək deyib: “Qarabağ” kimi güclü kluba gəldiyim üçün çox sevinirəm. Bu, mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqda məlumatlıyam. Azərbaycanın ən güclü komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl bir neçə dəfə Azərbaycan çempion olması, avrokubokların qrup mərhələsində iştirakı, həmçinin klubun peşəkar idarəçiliyi qərarıma müsbət təsir göstərdi. Oyunlarda öz bacarığımı göstərməyi və komandama kömək etməyi səbirsizliklə gözləyirəm. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Azarkeşlərin mənə inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.