logo

Moskvada Bakı-Tbilisi-Qars üzrə yükdaşımalara dair müzakirələr aparılıb

11:48 24-06-2019 | icon 2450
Moskvada Bakı-Tbilisi-Qars üzrə yükdaşımalara dair müzakirələr aparılıb

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreya Respublikasından yüklərin Transsibir magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyə istiqamətində daşınması məsələsi müzakirə edilib. Tərəflər daşıma mexanizmləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artırılması məsələsini diqqət mərkəzində saxlayıblar.