logo

Buxarestdə Azərbaycan-Rumıniya enerji tənzimləmə məsələləri müzakirə olunub

16:29 21-06-2019 | icon 2576
Buxarestdə Azərbaycan-Rumıniya enerji tənzimləmə məsələləri müzakirə olunub

Rumıniyanın paytaxtı Buxarestdə işgüzar səfərdə olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın enerji tənzimləyici qurumu “ANRE”nin (National Regulatory Authority for Energy) nümayəndələri ilə bir sıra əhəmiyyətli görüşlər keçirib.

Energetika Nazirliyindən YeniAvropa -ya bildirilib ki, enerji qurumlarının lisenziyalaşdırılması, tariflərin tətbiqi qaydaları və metodologiyası, topdansatış və pərakəndə satış bazarlarının tənzimlənməsi, həmçinin təminatçıların növləri və fəaliyyət qaydalarına həsr edilmiş sessiyalarda iştirak edən AERA-nın nümayəndə heyəti rumın enerji tənzimləyicisinin təşkilati strukturu, fəaliyyəti ilə tanış olub və bazarın monitorinqi, bazar operatoru, ötürücü və tənzimləyici qurumlar arasındakı səlahiyyət bölgüsü, mübahisələrin həlli və istehlakçıların haqlarının qorunması, bərpaolunan enerji və enerji effektivliyi mövzusundakı müzakirələrdə iştirak ediblər. Görüşlərdə yerli mütəxəssislər AERA-nın nümayəndələrini maraqlandıran müxtəlif sualları cavablandırıblar.

Qeyd edək ki, səfər Rumıniyada enerji tənzimlənməsi sahəsində tətbiq edilən təcrübələrin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlili məqsədilə təşkil edilib.