logo

Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

16:07 21-06-2019 | icon 2485
Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

 iyulun 16-17-də Bakıda 25 İslam ölkəsinin iştirakı ilə ilk Dünya İslam Kulinariya Konqresi keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib. Qeyd edilib ki, konqres çərçivəsində Azərbaycan şirkətlərinin qida, avadanlıq və sair sektorları üzrə sərgisi təşkil ediləcək. 

Bu münasibətlə AZPROMO ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edərək, onları sərgidə aktiv iştiraka dəvət edib.