logo

Avropa və dünya çempionu Fernando Torres karyerasını başa vurub

12:48 21-06-2019 | icon 2814
Avropa və dünya çempionu Fernando Torres karyerasını başa vurub

Yaponiyanın “Sagan Tosu” futbol klubunun 35 yaşlı ispaniyalı hücumçusu Fernando Torres karyerasını başa vurduğunu elan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə futbolçu özünün “Twitter” səhifəsində qeyd edib.

Xatırladaq ki, bunadək Fernando Torres İspaniyanın “Atletiko”, İngiltərənin “Liverpul” və “Çelsi”, həmçinin İtaliyanın “Milan” klublarında çıxış edib. O, “Çelsi” futbol klubunun heyətində Çempionlar Liqasının (2011/2012), Avropa Liqasının (2012/2013) və İngiltərə Kubokunun (2011/2012) qalibi olub. “Atletiko” klubu ilə Çempionlar Liqasının (2015/2016) finalına çıxıb və Avropa Liqasının (2017/2018) kubokunu qazanıb. İspaniyalı hücumçu milli yığmanın heyətində Dünya çempionu (2010) və iki dəfə Avropa çempionu (2008, 2012) olub.

Fernando Torres klub səviyyəsində bütün turnirlərdə ümumilikdə 706 oyunda meydana çıxıb və 252 qol vurub. Həmçinin o, İspaniya yığmasının heyətində meydana çıxdığı 110 oyunda rəqib qapılarından 38 top keçirib.