logo

OPEC-in iclaslarının vaxtı dəyişdirilib

15:33 19-06-2019 | icon 2688
OPEC-in iclaslarının vaxtı dəyişdirilib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclaslarının vaxtı dəyişdirilib.

 YeniAvropa  OPEC-in saytına istinadla xəbər verir ki, iyunun 25-26-da keçirilməsi nəzərdə tutulan OPEC Nazirlər Şurasının 176-cı iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşü iyulun 1-2-nə keçirilib.

Xəbərdə həmçinin qeyd edilir ki,  “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası da  iyulun 1-də təşkil ediləcək.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrelədək azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.