logo

“Buta Airways” Kiyevə olan reyslərini “Borispol” aeroportuna edəcək

11:29 19-06-2019 | icon 2723
“Buta Airways” Kiyevə olan reyslərini “Borispol” aeroportuna edəcək

“Buta Airways” aviaşirkətinin Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək

Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq bu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.