logo

“Qarabağ”ın UEFA Çempionlar Liqasında ilk rəqibi “Partizan” oldu

17:38 18-06-2019 | icon 4074
“Qarabağ”ın UEFA Çempionlar Liqasında ilk rəqibi “Partizan” oldu

 

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 YeniAvropa xəbər verir  ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” klubu püşkün nəticələrinə əsasən Albaniyanın “Partizani” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin görüşləri iyulun 9-10-da, cavab matçları isə bir həftə sonra oynanılacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.