logo

Bakıda 20 yaşlı qıza ikinci dəfə xalası oğlunun  böyrəyi köçürülüb

16:10 18-06-2019 | icon 13314
Bakıda 20 yaşlı qıza ikinci dəfə xalası oğlunun  böyrəyi köçürülüb

Paytaxtda  20 yaşlı qıza təkrar böyrək köçürülüb. 

 YeniAvropa xəbər verir  ki,  Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, üç il əvvəl xarici ölkədə xəstə üzərində böyrəkköçürmə əməliyyatı həyata keçirilsə də, təəssüf ki, əməliyyatın nəticəsi uğursuz olub - köçürülmüş böyrək cəmi bir gün fəaliyyət göstərib və onun xaric edilməsi zərurəti yaranıb. Həmin xəstə kömək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Tibb müəssisəsində təkrar böyrək transplantasiyası əməliyyatı icra olunması barədə qərar qəbul olunub.

Əməliyyat uğurla başa çatıb və qıza xalası oğlunun böyrəyi köçürülüb.

Əməliyyatı icra edən cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın dediyinə görə, əməliyyatdan sonrakı müddət gərgin keçib: "Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə müntəzəm olaraq hemodializ seansları qəbul etdiyi üçün onun bütün magistral damarları zədələnib. Qarşıya çıxan çətinliklərə baxmayaraq, cərrah və nefroloqlardan ibarət həkimlər briqadasının səyi nəticəsində əməliyyat uğurla keçib. Xəstə və donor tam normal vəziyyətdə evə yazılıblar. Köçürülən böyrək normal fəaliyyət göstərir”.