logo

Sabah “Qarabağ”ın ilk rəqibi bəlli olacaq

22:45 17-06-2019 | icon 2814
Sabah “Qarabağ”ın ilk rəqibi bəlli olacaq

Ağdamın “Qarabağ” klubunun  UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

 YeniAvropa xəbər verir  ki, səpələnmişlər sırasında yer alan Azərbaycan təmsilçisinə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və ya "Saburtalo" (Gürcüstan) komandalarından biri rəqib olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.