logo

Azərbaycanın ümumi ixracının 90,65 %-ni enerji daşıyıcıları təşkil edib

18:33 17-06-2019 | icon 2667
Azərbaycanın ümumi ixracının 90,65 %-ni enerji daşıyıcıları təşkil edib

Yanvar-may aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 78 faizini, təbii qaz 10,1 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,55 faizini təşkil edib.

  YeniAvropa xəbər verir  ki,  bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,34 faiz, təbii qazın 6,77 faiz, neft məhsullarının payı 3,63 faiz olmuşdu.