logo

Quzanlıda zəncirvarı qəza baş verib

23:10 16-06-2019 | icon 3927
Quzanlıda zəncirvarı qəza baş verib

Ağdam rayonunun Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib.

YeniAvropa xəbər verir  ki, “VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107"-yə çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alaraq Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.