logo

Məhəmməd Salah “Real” və “Yuventus” klublarından imtina edib

18:41 16-06-2019 | icon 2695
Məhəmməd Salah “Real” və “Yuventus” klublarından imtina edib

İngiltərənin “Liverpul” klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin “Real” və Turinin “Yuventus” klublarına satmaqdan imtina edib.

 YeniAvropa “Daily Mirror”a istinadla xəbər verir ki, ulduz futbolçu Məhəmməd Salah “Liverpul”da qalmaq istəyir. Buna görə o, transferdən imtina edib.

Xatırladaq ki, M.Salah 2018-2019-cu illər mövsümündə 52 oyunda 27 qol vurub.