logo

Ukraynanın futbol üzrə "U-20" yığması dünya çempionu olub

22:43 15-06-2019 | icon 2996
Ukraynanın futbol üzrə "U-20" yığması dünya çempionu olub

Ukraynanın futbol üzrə "U-20" yığması tarixində ilk dəfə olaraq dünya çempionu olub.

 YeniAvropa  xəbər verir ki, 20 yaşlılardan ibarət Ukrayna yığması dünya çempionatının final oyununda Cənubi Koreya üzərində 3:1 hesabla qalib gəlib.

Ukraynalılar oyunun 5-ci dəqiqəsində qol buraxsalar da, sonradan üstünlüyü əldə ediblər.

Xatırladaq ki, bu vaxta qədər "U-20" Ukrayna yığması dünya çempionatında yalnız 1/8 final mərhələsinə qədər yüksələ biliblər.