logo

 Azərbaycan yığması FIFA reytinqində  110-cu yerdədir 

13:57 14-06-2019 | icon 2772
 Azərbaycan yığması FIFA reytinqində  110-cu yerdədir 

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 YeniAvropa xəbər verir  ki, siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin “Avro 2020”nin son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.

Komandanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə geriləyib və 1625 xalla 6-cı pillədə qərarlaşıb. 1514 xalı olan və 4 pillə geriləyən Uels isə 1514 xalla 23-cü olub. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerə çıxıb. Slovakiya isə bir pillə irəliləyib və hazırda 1491 xalla 31-cidir.

Siyahıda ilk üç pillənin sahibi dəyişməyib. Belçika (1746) birinci, Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü yerdədir. Türkiyə yığması (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.