logo

Qobustanda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

18:51 13-06-2019 | icon 3605
Qobustanda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən  YeniAvropa -ya bildiriblər ki, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 hektar sahədə quru ot və kol-kos yanıb.