logo

Slovakiya Bakıda Azərbaycan millisini darmadağın etdi-5:1

21:52 11-06-2019 | icon 3857
Slovakiya Bakıda Azərbaycan millisini darmadağın etdi-5:1

İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Evro-2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib.

 YeniAvropa xəbər verir  ki, oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda komandamızın yeganə qolunu matçın 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Evro-2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.