logo

UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya millisi olub

09:20 10-06-2019 | icon 2961
UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya millisi olub

İyunun 9-da UEFA Millətlər Liqasının final görüşü keçirilib.

 YeniAvropa xəbər verir  ki, "dördlər finalı"nın həlledici oyununda Portuqaliya və Hollandiya millisi qarşılaşıblar.

Fernandu Santuşun baş məşqçi olduğu Portuqaliya yığması finalda qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bu, Portuqaliya millisinin Santuşun rəhbərliyi altında əldə etdiyi ikinci tituldur. Belə ki, daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala isə İngiltərə sahib olub. İngilislər İsveçrə yığmasına penaltilər seriyasında qalib gəliblər-6:5.

Xatırladaq ki,  ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibi olan portuqaliyalılara 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan hollandlar isə  6,5 milyon avro mükafat alacaqlar.