logo

Voleybolçularımız Bakıda Belarus yığmasına məğlub oldu

22:28 08-06-2019 | icon 714
Voleybolçularımız Bakıda Belarus yığmasına məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir  ki,millimiz Bakıda Belarus yığmasını qəbul edib.

Türkiyəli baş hakim Ozan Sarıkayanın idarə etdiyi oyunda rəqib 3:1 (25:21, 25:19, 26:28, 36:34) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İtaliyalı baş məşqçi Covanni Kapraranın yetirmələri Belarus, Finlandiya və İspaniya komandaları ilə “C” qrupunda yer alıb.

Hazırda Belarus 11 xalla qrupda liderdir. İspaniyanın 6, Finlandiyanın 3 xalı var. Sonuncu pillədə olan Azərbaycan voleybolçularının hesabında isə 1 xal var.