logo

Azərbaycan millisi Macarıstan komandasına məğlub oldu

21:58 08-06-2019 | icon 3437
Azərbaycan millisi Macarıstan komandasına məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası "Evro-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib. 

YeniAvropa xəbər verir  ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan kollektivi ilə üz-üzə gəlib. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 16-cı dəqiqədə açılıb. Villi Orban komandasını önə keçirib. Birinci hissə bu hesabla yekunlaşıb. Azərbaycan millisi ikinci yarıya istəkli başlasa da, görüşdəki ikici qolu da macarlar vurub. Villi Orban özünün və komandasının ikinci qoluna imza atıb. Bu qoldan sonra Mahir Emreli 69-cu dəqiqədə fərqlənməklə komandanı ümidləndirib. Lakin 2 dəqiqə sonra David Holman qonaqların 3-cü qolunu vurub.

Seçmə mərhələdə 3 oyun keçirən Macarıstan bu nəticədən sonra 6-cı xalını qazanıb. Azərbaycan isə hər iki qarşılaşmadan məğlub ayrılıb.

E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.