logo

İmişlidə benzindaşıyan avtomobil partlayıb

11:10 08-06-2019 | icon 3787
İmişlidə benzindaşıyan avtomobil partlayıb

İmişlidə benzindaşıyan avtomobil alovlanaraq partlayıb.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Qaravəlli kəndində baş verib.

Yerli sakin Abdul Zeynalov idarə etdiyi “MAN” markalı benzindaşıyan maşını həyətindən kənarda saxlayaraq evə gedib. Bir qədər sonra maşında yanğın olub, sonra isə partlayış baş verib.

Hadisə Yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.