logo

Azərbaycanı Budapeşt "Qran-Pri"sində 17 cüdoçu ilə təmsil olunacaq

19:49 07-06-2019 | icon 3122
Azərbaycanı Budapeşt "Qran-Pri"sində 17 cüdoçu ilə təmsil olunacaq

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə "Qran-Pri" yarışlarında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

YeniAvropa xəbər verir  ki, ölkəmizi kişilərin yarışında Tofiq Məmmədov, Əhməd Yusifov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüfət Məmmədov, Telman Vəliyev (hər ikisi 73 kq), Araş Ağayi (81 kq), Aliumar Tumayev, Tural Safquliyev (hər ikisi 90 kq), Leso Kvirikaşvili (100 kq) və Ayxan Cəfərov (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

İyulun 12-14-də keçiriləcək turnirdə 68 ölkədən 500 cüdoçu iştirak edəcək.