logo

UEFA Millətlər Liqasının finalını idarə edəcək hakimlər müəyyənləşib

18:55 07-06-2019 | icon 3122
UEFA Millətlər Liqasının finalını idarə edəcək hakimlər müəyyənləşib

UEFA Millətlər Liqasının final görüşünü idarə edəcək hakimin adını açıqlayıb.

YeniAvropa  qurumun rəsmi saytına istinadla xəbər verir ki, turnirin həlledici görüşünü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Alberto Undiano Malyenko olacaq. Ona həmyerliləri Roberto Alonso və Xuan Uste kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Antonio Mateu Laos yerinə yetirəcək. Videonəzarət sisteminə isə Aleksandro Ernanes və Xuan Martines təyinat alıblar.

Qırx beş yaşlı Alberto Undiano Malyenko üçün bu görüş karyerasında sonuncu olacaq.

Qeyd edək ki, Millətlər Liqasının final görüşü iyunun 9-da Portuqaliyanın Porto şəhərində oynanılacaq. Həmin görüşdə İngiltərə millisi Portuqaliya yığması ilə üz-üzə gələcək.