logo

Zaqreb "Qran-Pri"sində 16 cüdoçumuz mübarizə aparacaq

17:47 07-06-2019 | icon 3136
Zaqreb "Qran-Pri"sində 16 cüdoçumuz mübarizə aparacaq

İiyulun 26-28-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə "Qran-Pri" yarışında Azərbaycanı 16 cüdoçu təmsil edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib. Qeyd edilib ki, kişilərin yarışında 14, qadınların mübarizəsində isə 2 cüdoçumuz tatamiyə çıxacaq.

"Qran-Pri" yarışlarında 45 ölkədən 250-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.