logo

Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə qarşı

14:59 07-06-2019 | icon 2975
Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə qarşı

Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Altibox Norway Chess 2019” superturnirinin üçüncü turuna yekun vurulub.

 YeniAvropa xəbər verir  ki, nüfuzlu yarışın ilk turunda azərbaycanlı qrossmeyster amerikalı Fabiano Karuanaya qarşı mübarizə aparıb. Partiya heç-heçə başa çatıb. İkinci turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Anandı məğlub edib. Üçüncü turda isə təmsilçimiz ermənistanlı Levon Aronyana qalib gəlib. Üç turun yekununa görə, Ş.Məmmədyarovun aktivində 3,5 xal var. Norveçli Maqnus Karlsen 5 xalla vahid liderdir. Din Lijen (Çin), Uesli So (ABŞ) və L.Aronyan 4, Yu Yangyi (Çin), F.Karuana 2,5, V.Anand, Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşe-Laqrav (Fransa) 1 xal toplayıblar. Növbəti turda şahmatçımız M.Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, bu turnirdə yenilik tətbiq olunur. Standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt verilir. Partiyada qələbəyə görə 2, məğlubiyyətə görə 0 xal hesablanır. Tərəflər 4 saatlıq oyunun sonunda heç-heçə edəcəkləri halda, hər şahmatçının aktivinə yarım xal əlavə olunur və qalibi müəyyənləşdirmək üçün "Armaqedon" oynanılır.