logo

Biləsuvarda avtoqəzada 1 nəfər xəsarət alıb

10:11 07-06-2019 | icon 3927
Biləsuvarda avtoqəzada 1 nəfər xəsarət alıb

Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Nurlan Feyzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.