logo

III Avropa Oyunlarının keçiriləcəyi ölkə bəlli olub

16:42 06-06-2019 | icon 3024
III Avropa Oyunlarının keçiriləcəyi ölkə bəlli olub

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytında məlumat yerləşdirilib. Xəbərdə qeyd edilib ki, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib.

Bildirilib ki, III Avropa Oyunları qəbul edəcək ölkənin adı rəsmən iyunun 22-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək EOC-un Baş Assambleyasında açıqlanacaq. 

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.  II Avropa Oyunları isə bu il Minsk şəhərində keçiriləcək.