logo

“Evro-2020”: Azərbaycan-Macarıstan oyununun hakimləri bəlli olub

21:43 05-06-2019 | icon 3122
“Evro-2020”: Azərbaycan-Macarıstan oyununun hakimləri bəlli olub

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək “Evro-2020”nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

 YeniAvropa xəbər verir  ki, iyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.