logo

Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

13:20 05-06-2019 | icon 3115
Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib.

 YeniAvropa xəbər verir  ki, Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.

Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.

Xatırladaq ki, seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.