logo

İki gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb

15:36 02-06-2019 | icon 3087
İki gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb

Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşıb.

 YeniAvropa xəbər verir  ki, bu gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə dövlət himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq fəxri kürsünün ilk pilləsində qərarlaşıb.