logo

Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa kubokunun qalibi olub

18:44 01-06-2019 | icon 3794
Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa kubokunun qalibi olub

Cüdoçumuz Gültac Məmmədəliyeva Rumıniyada keçirilən Avropa kuboku turnirində qızıl medal qazanıb.

 YeniAvropa xəbər verir ki, turnirdə 52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici döyüşdə macarıstanlı cüdoçu Reka Puppa qalib gələn idmançımız Avropa kubokunun qalibi olub.

Komandamızın üzvləri Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) isə turniri üçüncü yerdə başa vurublar. Bürünc medal uğrunda döyüşdə L.Əliyeva avstriyalı Maru Kraft, A.Qurbanlı rumıniyalı Aleksandra Popu məğlub ediblər.

Qeyd edək ki, qitə turnirində 8 qadın cüdoçumuz mübarizə aparır.

İyunun 2-dək davam edəcək yarışda 31 ölkədən 400-ə yaxın idmançı iştirak edir.