logo

Azərbaycan II Avropa Oyunları ilə bağlı sərgidə təmsil olunacaq

11:42 01-06-2019 | icon 5012
Azərbaycan II Avropa Oyunları ilə bağlı sərgidə təmsil olunacaq

Belarusda keçiriləcək II Avropa Oyunları çərçivəsində  Minsk şəhərində “İdman-yüksək mədəniyyətdir” adlı sərgi təşkil olunacaq.

 YeniAvropa  "BELTA" agentliyinə istinadla xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 12 ölkədən rəssam və fotoqrafların 250 işi təqdim olunacaq. Sərgidə, həmçinin Azərbaycanda keçirilən I Avropa Oyunları ilə bağlı işlər də nümayiş etdiriləcək. İyunun ortalarından açılacaq sərgi avqustun 4-dək davam edəcək.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30 tarixlərində Belarusda keçiriləcək.