logo

UEFA-nın yeni vitse-prezidenti Bakıda müəyyənləşib

23:10 29-05-2019 | icon 2996
UEFA-nın yeni vitse-prezidenti Bakıda müəyyənləşib

İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubailes UEFA-ya vitse-prezident təyin olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə qərar UEFA-nın mayın 29-da Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

İspaniyalı mütəxəssis bu postda adı korrupsiya qalmaqalında hallanan Almaniya Futbol Assosiasiyasının sabiq prezidenti Reinhard Qrindeli əvəzləyib.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit FIFA Şurasında Avropa nümayəndəsi təyin olunub.

Hər iki təyinat UEFA-nın 2020-ci ildə keçiriləcək konqresinədək nəzərdə tutulub.