logo

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşib

17:11 29-05-2019 | icon 3584
“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşib

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Qurban Qurbanovun yetirmələri “səpələnmişlər” səbətində yer alıblar. Bu səbətdə “Qarabağ”dan başqa Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya) klubları yer alıblar.

“Qarabağ”a potensial rəqib olacaq klublar isə “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarıstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və AIK (İsveç) komandalarıdır.

Ümumilikdə birinci təsnifat mərhələsində 32 komanda iştirak edəcək ki, onlardan 25-i bəllidir. Klublardan 13-ü səpələnmiş, 9-u səpələnməmişlər arasında yer alsa da, 3 komandanın hansı səbətdə yer alacağı hələ məlum deyil.

Qeyd edək ki, Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.