logo

Şirvanda avtomobil iki piyadanı vurub

11:39 29-05-2019 | icon 4193
Şirvanda avtomobil iki piyadanı vurub

Şirvanda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“QAZ-31” markalı minik avtomobili yolu keçmək istəyən Şirvan şəhər sakinləri – Xalid Məmmədov və Dmitri Çikunovu vurub. Ağır bədən xəsarəti alan zərərçəkənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırılma aparılır.