logo

UEFA Avropa Liqasının ikinci finalçısı “Çelsi” artıq Bakıdadır

23:49 27-05-2019 | icon 3815
UEFA Avropa Liqasının ikinci finalçısı “Çelsi” artıq Bakıdadır

UEFA Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi”nin futbolçuları mayın 27-də axşam saatlarında Bakıya gəliblər.

YeniAvropa xəbər verir  ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı bir qrup azarkeş qarşılayıb. Qarşılanma mərasimindən sonra futbolçular qaldıqları otelə yollanıblar.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 23:00-da başlayacaq.