logo

Respublika fənn olimpiadalarına start verilir

12:48 30-01-2018 | icon 3521
Respublika fənn olimpiadalarına start verilir

Fevralın 4-də respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinə start veriləcək. YeniAvropa xəbər verir  ki,  bu  barədə  yanvarın 30-da Təhsil Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

Qeyd edilib ki, istedadlı uşaqların aşkarlanması, şagirdlərin fənlərə olan maraqlarının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından böyük rolu olan respublika fənn olimpiadalarının iştirakçılarının sayı ildən-ilə çoxalır. Belə ki, bu il 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə bağlı müraciətlər daxil olub. Bu mərhələdə Bakı şəhərindən 6326 şagird, Naxçıvan Muxtar Respublikasından isə 652 şagird iştirak edəcək.

Qeyd edək ki, ötən il respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsində 30 minədək şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. Qaliblərdən 48-i qızıl, 85-i gümüş, 130-u isə bürünc medala layiq görülüb.