logo

Boksçularımız Çexiya "Qran-pri"sində qızıl və bürünc medal qazanıblar

12:55 26-05-2019 | icon 5320
Boksçularımız Çexiya "Qran-pri"sində qızıl və bürünc medal qazanıblar

Çexiyada boks üzrə Usti-nad-Labem "Qran-pri"sinə yekun vurulub.

YeniAvropa xəbər verir  ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. "Rio-2016"nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, ikidəbir finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənib.