logo

"Qalatasaray" Fateh Tərimlə 5 illik müqavilə imzaladı

11:13 26-05-2019 | icon 3199
"Qalatasaray" Fateh Tərimlə 5 illik müqavilə imzaladı

Mayın 25-də İstanbulun "Qalatasaray" klubu çempionlunu qeyd edib.

YeniAvropa klubun saytına istinadla xəbər verir ki, bununla bağlı təşkil olunan mərasimdə klub rəhbərliyi baş məşqçi Fateh Tərim ilə beş illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Superliqasında ilk dəfə 34 turda 69 xal toplayaraq ən az xalla çempion olan komanda kimi tarixə düşüb.

Xatırladaq ki, Fateh Tərim 2017-ci ildən İstanbul klubunu çalışdırır.