Bakıda “Youthvision-2019” beynəlxalq mahnı müsabiqəsi keçirilib
Mayın 24-də Bakıda, “Elektra Events Hall”da Gənclər və İdman Nazirliyi tərəfindən “Youthvision” beynəlxalq mahnı müsabiqəsi keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Qızıl Qala Prodakşn” şirkətinin birgə təşkilatçılığı ilə “Həmişə gənc ol!” şüarı altında keçirilən müsabiqəyə 20 ölkədən 70-dən çox iştirakçı qatılıb. Müsabiqədə Azərbaycan, Almaniya, Qırğızıstan, Belarus, Çexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portuqaliya, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva və Monteneqrodan olan iştirakçılar yarışıblar. Azərbaycanı bu yarışda “Tələbə baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop-nominasiyasının qalibi olan Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi Nadir Rüstəmli təmsil edib.
“Youthvision” beynəlxalq mahnı müsabiqəsinin məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqənin keçirilməsi ilə bağlı “youthvision.az” internet saytı fəaliyyət göstərir. İştirakçılar, münsiflər heyətinin üzvləri həmin sayt vasitəsilə qeydiyyatdan keçərək ifa ediləcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilib və onlara müsabiqədə iştirakları haqqında məlumat verilib. “Youhtvision”da iştirak hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə görə müəyyən edilir. Yarışda hər ölkə iştirakçı və münsiflər heyətinin üzvü qismində bir nəfərlə təmsil olunur.
Müsabiqədə hər ölkəni bir münsif təmsil edib. Münsiflər heyətinin üzvləri öz ölkələrinin təmsilçiləri istisna olmaqla digər iştirakçıların hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verib. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazanıb.
Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri Ukrayna, ikinci yeri Azərbaycan, üçüncü yeri isə İtaliya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.
Xatırladaq ki, 2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin beynəlxalq mahnı müsabiqəsinin əhatə dairəsi 2016-cı ildən genişləndirilərək gəncləri də əhatə edib və “Youthvision” adlandırılıb. Ötən il keçirilən “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub. Ötənilki müsabiqənin iştirakçıları tərəfindən səsləndirilən Azərbaycanın dövlət himninin videoçarxı sosial şəbəkələrdə nümayiş olunub və böyük maraqla qarşılanıb. Həmin müsabiqədə ilk üç yerə müvafiq olaraq Uqanda, Moldova və Belarus təmsilçisi layiq görülüblər.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək