logo

Joze Mourinyo: Eden Hazard Bakıda “Çelsi”nin qələbəsi üçün əlindən gələni edəcək

21:49 24-05-2019 | icon 2919
Joze Mourinyo: Eden Hazard Bakıda “Çelsi”nin qələbəsi üçün əlindən gələni edəcək

“Çelsi” klubunun sabiq çalışdırıcısı portuqaliyalı Joze Mourinyo UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyunu barədə “Skysports” saytına açıqlama verib.

 YeniAvropa xəbər verir ki, Joze Mourinyo bildiribki, böyük ehtimalla Bakıdakı final oyunu Eden Hazardın “Çelsi”nin heyətində sonuncu qarşılaşması olacaq : " Bu səbəbdən də E.Hazard komandasının “Arsenal” üzərində qələbə qazanması üçün əlindən gələni edəcək”.

Digər finalçı “Arsenal” haqqında da müsbət fikirlər səsləndirən Joze Mourinyo istər UEFA Avropa Liqasının, istərsə də Çempionlar Liqasının finalında ingilis klublarını görməkdən məmnun olduğunu deyib.