logo

Yevlaxda mikroavtobus aşdı: 2 nəfər öldü, 16 nəfər yaralandı 

12:29 23-05-2019 | icon 4214
Yevlaxda mikroavtobus aşdı: 2 nəfər öldü, 16 nəfər yaralandı 

Mayın 23-də Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  hadisə səhər  saat 08:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Yevlax rayon Yuxarı Qarxun kənd sakini Qənbər Şərifovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar Yevlax və Mingəçevirdə xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.