logo

Nazim Babayev beynəlxalq turnirdə üçtəkanla tullanmada üçüncü olub

14:57 20-05-2019 | icon 2723
Nazim Babayev beynəlxalq turnirdə üçtəkanla tullanmada üçüncü olub

Yaponiyanın Osaka şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər. Nazim Babayev çempionatda müvəffəqiyyətlə çıxış edərək yay mövsümünə uğurla start verib.

YeniAvropa Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu “IAAF World Challange Seiko Golden Grand Prix Osaka 2019” turnirində 16,48 metr məsafəyə tullanmaqla fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yarışda amerikalı Omar Kreddok qızıl medalın sahibi olub. Çinli atlet Yaminq Zu isə gümüş medala layiq görülüb.

Çəkicatma yarışında çıxış edən Anna Skidan isə 71,5 metr nəticə ilə altıncı pillədə qərarlaşıb.