logo

Azərbaycan taekvondoçusu dünya çempionatının finalına yüksəlib

15:10 19-05-2019 | icon 2800
Azərbaycan taekvondoçusu dünya çempionatının finalına yüksəlib

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib.

YeniAvropa xəbər verir  ki, dünya çempionatının dördüncü günündə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz Milad Beigi Hərçəqani kubalı, fransalı və moldovalı idmançıları məğlub edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Koreya təmsilçisi olub. Taekvondoçumuz yarımfinalda Koreya idmançısına da qalib gələrək finala adlayıb və yığmamız üçün ən azı gümüş medalı təmin edib.

Mayın 15-də start verilən çempionata bu gün yekun vurulacaq.