logo

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək

15:13 16-05-2019 | icon 2912
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək

Mayın 16-da  Bakıda  Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatına start veriləcək.

YeniAvropa xəbər verir  ki, bu, Azərbaycan paytaxtında keçirilən sayca  4-cü (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) çempionat olacaq. Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar.

Çempionatın üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Xatırlasdaq ki, mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.