logo

Avropa çempionatında Azərbaycanı altı samboçu təmsil edəcək

14:28 15-05-2019 | icon 2961
Avropa çempionatında Azərbaycanı altı samboçu təmsil edəcək

Mayın 16-da İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa  xəbər verir ki, çempionatda Azərbaycanı altı idmançı təmsil edəcək. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) mübarizə aparacaqlar. Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında qüvvəsini sınayacaq.

Qitə turniri mayın 20-dək davam edəcək.