logo

“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya gəliblər

15:29 13-05-2019 | icon 2835
“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya gəliblər

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları - “Arsenal” və “Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb.

AFFA-dan  YeniAvropa-ya bildiriblər ki, mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar.

Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.