logo

Mayın 19-da II və III qruplar üzrə abituriyentlər qəbul imtahanı verəcək

10:59 13-05-2019 | icon 3941
Mayın 19-da II və III qruplar üzrə abituriyentlər qəbul imtahanı verəcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün qəbul imtahanları keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, qəbul imtahanında iştirak edəcək abituriyentlər bu gündən etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Abituriyentin “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.